"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində son səfər matçı olan "Molde"lə Norveçdəki bugünkü görüş "CBC Sport"la canlı yayımlanacaq. Sport24.az xəbər verir ki bu dəfə də şərh yerindən olunacaq.

Bu məqsədlə adıçəkilən telekanalın şərhçisi Nurlan Valehoğlu Ağdam klubuyla birgə Norevə yollanıb.

Xatırladaq ki, matç Bakı vaxtilə saat 00:00-da "Aker stadionu"nda keçiriləcək.