I Liqa təmsilçisi "Mingəçevir" mövsümün ikinci yarısında ilk rəsmi oyununa çıxıb. XIII tur çərçivəsində keçirilən matçda rəqib "Şamaxı" olub. "Nur şəhəri"nin təmsilçisi evdə minimal hesabla məğlubiyyətə uğrayıb. Komandanın baş məşqçisi Ədahim Niftəliyev Sport24.az-a açıqlamasında məğlubiyyətin səbəblərinə toxunub:

 


"Birinci hissə demək olar ki, bərabər səviyyədə keçdi. Oyundan razı qaldım. Düzdü bəzi texniki səhvlər oldu. Müəyyən məqamlarda istədiyimizi edə bilmirdik. İkinci hissədə "Şamaxı"nın meydana əvəzetmədən daxil olan 5 oyunçusu komandanı daha da gücləndirdi. Bu da oyunda tempi dəyişdi. Bizim futbolçularda bir az yorğunluq yarandı. Amma, sona qədər mübarizə apardılar. Deyərdim ki, oyunu dəyişən əsas amil hakim oldu. Heç nədən penalti verdi. Son dəqiqələrdə bizim xeyrimizə penalti təyin olunmalı idi. Rəqib futbolçu cərimə meydançasında oyunçumuzu yıxdı və ardınca əllə oynadı. Lakin, hakim bu epizoda göz yumaraq "nöqtə"ni göstərmədi. Sanki "Şamaxı"ya qarşı simpatiyası var idi".

Qeyd edək ki, I Liqada mübarizə aparan "Mingəçevir" 14 xalla 8-ci pillədə qərarlaşıb.