Mərakeşin ev sahibi olduğu Afrika Millətlər Kubokunda daha bir ¼ finalçı bəlli olub. Sport24.az xəbər verir ki, Misir yığması Benini məğlubiyyətə uğradıb.
Benin millisinin heyətində "Neftçi"nin futbolçusu Sessi Dalmeyda da start heyətində meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib.
"Sumqayıt"ın müdafiəçisi Abdul Raşid Mumini isə oyunun iştirak ərizəsinə daxil edilməyib.
Misir - Benin 3:1
Qollar: Attia 69, İbrahim 97, Salah 120 - Dossu 83