"İmişli"dən ayrılan İbrahim Əlyevlə razılaşma olsa da, lakin hələ də bizim futbolçu sayılmır". Bu sözləri Sport24.az-a açıqlamasında "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli deyib.

Mütəxəssis bəzi futbolçularla vidalaşa biləcəklərini də söyləyib:

"Şahdağ Qusar"ın hücumçusu Ruslan Voronsovla danışıq aparırıq. Əgər alınsa, heyətimizə qatacağıq. Ruslanın keçidini həll edə bilsək, böyük ehtimalla qış fasiləsində sonuncu transferimiz olacaq. Əlbəttə, komandadan gedənlər olacaq. Hələ ki, qarşılıqlı razılaşma olmayıb deyə, ad açıqlamaq istəmirəm". 

Qeyd edək ki, "Şəfa" I Liqada 12 turdan sonra 30 xalla liderdir.