Xalq artisti Miri Yusifin prodüseri, televiziya aparıcısı Emin Əfəndini hədələyən şəxs saxlanılıb. Sport24.az  Oxu.az-a istinadən xəbər verir ki, Emin Əfəndini hədələyərək hesabına 1000 manat pul ödətmiş Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Əli Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Onun barəsində araşdırmalar aparılır.

 

Yanvarın 19-da naməlum şəxs Emin Əfəndiyə "WhatsApp" vasitəsilə mesaj yazaraq prodüseri olduğu Miri Yusifin videolarını yayacağı ilə bağlı hədələyib və ondan 1000 manat məbləğində pul alıb.

 

Qeyd edək ki, Emin Əfəndi 2023/24 mövsümündə "Neftçi"nin mətbuat xidmətinin rəhbəri olub.