Yeni mövsümün hazırlıqlarına başlayan "Neftçi"nin futbolçusu Bassala Sambu sosial şəbəkə hesabında paylaşım edib. Sport24.az xəbər verir ki, 27 yaşlı hücumçu komandanın hazırlıq prosesindəki fotolarını yayımlayıb.

Forvard paylaşımda "yeni başlanğıc, eyni səylə çalışmaq və dəyişməyən xəyal" yazıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək.