AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
29.08.2025-ci il tarixində Misli Premyer Liqasının III turunun "Neftçi" – "Turan Tovuz" oyununun 55-ci dəqiqəsində "Neftçi" klubunun heyətində 5 nömrəli futbolçu İqor Ribeyro təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, "Neftçi" klubu 3000 manat cərimə edilsin (maddə 45.1);
29.08.2025-ci il tarixində Misli Premyer Liqasının III turunun "Neftçi" – "Turan Tovuz" oyununda "Neftçi" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə "Neftçi" klubu 2000 manat cərimə edilsin (maddə 86.3);
31.08.2025-ci il tarixində Misli Premyer Liqasının III turunun "Sabah" – "İmişli" oyunu "İmişli" komandasının meydana gec çıxması səbəbindən gec başladığına görə "İmişli" klubu 3000 manat cərimə edilsin (maddə 77.4);