Qadın futbolçulardan ibarət "Neftçi"nin Çempionlar Liqasının birinci mərhələsində Avstriya təmsilçisi "Sankt-Pölten"lə keçirəcəyi oyunun hakimləri açıqlanıb.

 

Sport24.az xəbər verir ki, UEFA sentyabrın 4-də Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq oyunu Xorvatiya və İtaliyadan olan hakimlər briqadasına həvalə edib.

 

4 sentyabr

Sankt-Pölten (Avstriya) – Neftçi

Hakimlər: Jelena Kumer, Sanja Rodjak-Karşiç ( hər ikisi Xorvatiya), Françeska Di Monte, Maria Marotta ( hər ikisi İtaliya).

Tskaltubo Texniki Mərkəzi. Saat 18:00