"Neftçi"dən ayrılan futbolçu Kilan Lebonun yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, 27 yaşlı vinger karyerasını Yunanıstanda davam etdirəcək.
O, Superliqa təmsilçisi "Kaliteya" ilə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, 2023-cü ilin yanvarından "Neftçi"də forma geyinən K.Lebon bu müddət ərzində meydana çıxdığı 73 rəsmi oyunda 6 qol vurub. Sent Martin millisinin üzvü ötən ay "ağ-qaralar"la yollarını ayırıb.