"Neftçi" baxışa yeni futbolçu dəvət edib. Sport24.az-ın əldə etdiyi məlumata görə, bu, Haitinin "Violette" komandasında çıxış edən Fabrice Jean Vedrinedir.

23 yaşlı yarımmüdafiəçi üç həftə "ağ-qaralar"ın təlim-məşq toplanışında olacaq.

Bakılılar haitili oyunçunu bəyənəcəyi təqdirdə onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, Fabrice Jean Vedrine karyerasında yalnız "Violette"də oynayıb