“Neftçi”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Kipr “Aris”i heyətini yeni futbolçu ilə gücləndirib.

Sport24.az xəbər verir ki, Limassol təmsilçisi Mihlali Mayambelanı heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Cənubi Afrika Respublikasından olan 25 yaşlı yarımmmüdafiəçi ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

2019-cu ildən Portuqaliyanın “Farense” klubunda çıxış edən oyunçu, son illərdə icarə əsasında “Bney Yehuda” və “Akademika” komandalarında da forma geyinib.
 
Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 21-də, cavab görüşləri iyulun 28-də olacaq.