"Neftçi"nin Türkiyənin Antalya şəhərində Polşanın "Qurnik" (Leçna) klubuna qarşı son yoxlama oyunu təyin olunan vaxtda başlamayıb. Sport24.az xəbər verir ki, qarşılaşmanın startı Bakı vaxtı ilə saat 16:00-a təyin olunsa da, bu, reallaşmayıb.
Buna da səbəb türkiyəli Yasin Duranın başçılıq etdiyi hakimlər briqadasının ləngiməsi olub. Nəticədə matç 22 dəqiqə yubanıb Bu müddətdə hər iki komandanın futbolçuları oyunöncəsi məşq ediblər.
Qeyd edək ki, "Neftçi" ilk sınağında Macarıstan "Kişvarda"sı ilə 2:2 hesablı heç-heçə edib. Paytaxt təmsilçisinin Polşanın "Visla" (Plotsk) klubu ilə matçında da qalib bilinməyib - 1:1.