Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü tura yekun vurulub. Sport24.az xəbər verir ki, sonuncu oyun günündə daha iki görüş baş tutub.

Əvvəlcə “Neftçi” öz meydanında “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Bu matç qolsuz yekunlaşıb. Turun qapanış matçında isə “Zirə” “Qəbələ”ni qəbul edib. Qonaqlar səfərdən qələbə ilə dönüblər.

İlk oyun günündə keçirilmiş “Keşlə” – “Səbail” matçında qalib müəyyənləşməyib – 2:2. “Qarabağ” isə “Sabah”ı 5:1 hesabıyla məğlub edib.

Azərbaycan Premyer Liqası
13-cü tur

5 dekabr

“Neftçi” – “Sumqayıt” 0:0
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Eyyub İbrahimov, Tural Qurbanov.
Bakı. “Bakcell Arena”, 16:00.

Neftçi: 12. Kamran İbrahimov, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 4. Huqo Basto, 9. Tyaqo Bezerra, 36. Mamadu Kane, 37. Vüsal Əsgərov.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 11. Harramiz Soares, 91. Ramon Maçado, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli.
Baş məşqçi: Samir Abasov.

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 5. Camaləddin Xocaniyazov, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 74. Yusif Nəbiyev, 20. Roman Hüseynov, 23. Səid Rza, 27. Nihad Ağayev.
Baş məşqçi: Ayxan Abbasov.

“Zirə” – “Qəbələ” 1:2
Qol: D.Volkov, 45+4 – Ü.Abbasov, 32. R.Muradov, 40.
Qırmızı vərəqə: O.Hani, 86.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamal Umudlu.
Zirə İdman Kompleksinin stadionu, 18:15.

Zirə: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 2. Sertan Taşkın, 32. Qismət Alıyev, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 51. Rüstəm Nuruyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Rəşad Əzizli, 8. İlkin Muradov, 15. Ruslan Abışov, 19. Təmkin Xəlilzadə, 11. Velves Santos, 5. Rauf Hüseynli, 13. Ramin Əhmədov, 4. Cəlal Hüseynov, 61. Nizami Səmədov, 25. Vüsal Əliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Qəbələ: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Ürfan Abbasov, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 9. Fernan Lopes.
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 77. Emil Səfərov, 33. Hüseyn Mürsəlov.
Baş məşqçi: Elmar Baxşıyev.