“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağı “Sabah”la ilk matçın hazırlığını davam etdirir.

Sport24.az xəbər verir ki, Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını başa vuraraq yanvarın 25-də Bakıya qayıdan komanda bir günlük fasilədən sonra – ayın 27-də məşqlərə başlayıb.

Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan növbəti məşqdə əsasən toplu çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, “Neftçi” – “Sabah” matçı fevralın 1-də (saat 19:45) “Bakcell Arena”da keçiriləcək.