"Neftçi"də müqavilə müddəti başa çatan daha bir braziliyalı hücumçunun taleyinə ydınlıq gəlib. Sport24.az-ın əldə etdiyi məlumata görə, Ramon Maçado kimi Tyaqo Bezerra ilə də yeni anlaşma imzalanmayacaq. "Neftçi" bu forvardla da yollarını ayırdığını rəsmən açıqlayacaq.

Xatırladaq ki, Bezerra da Maçado kimi komanda ötən yayda avrokuboklarda mübarizəni dayandlrdıqdan sonra ttansfer olunmuşdu. Tyaqo keçən çempionatda vurduğu 10 qolla "Neftçi"nin bomardiri oldu. Sadəcə  komandanın həm yeni hücumçu alması, həm də Bezerranın artıq 36 yaşının olması belə addım atmağa əsas verib.