“Neftçi” ilk transferini rəsmiləşdirib. Sport24.az xəbər verir ki, paraqvaylı futbolçu Sezar Meza Kolli ilə 2 il - 2022/23 mövsümünün sonunadək müqavilə imzalanıb.

29 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"ım heyətində "10 nömrə"li formanı geyinəcək.

Sonuncu klubu “Keşlə” (2013-2016, 2018, 2019-2021) olan Sezar 2016/2017 mövsümündə “Zirə”də oynayıb. O, bundan başqa İtaliyanın “Çezena” (2011-2012), “Pavia” (2012-2013), İspaniyanın “Alaves” (2012) və Rumıniyanın “Universitatya Krayova” (2018) klublarında çıxış edib.