“Menecerim iki il idi “Napoli” ilə danışıq aparırdı. Neapol təmsilçis dünyanın ən vacib komandalarından biridi. Burda olmaqdan xoşbəxtəm". Sport24.az xəbər verir ki, bunu “Napoli”nin yeni transferi Xviça Kvaratsxeliya deyib.

Yay fasiləsində Batumi “Dinamo”sundan 10 milyon avroya İtaliya klubuna keçən 21 yaşlı gürcüstanlı hücumçu bu ölkənin mətbuatıan açıqlamasında futbola gəliş səbəbinin atası, millimiziin sabiq hücumçusu Badri Kvaratsxeliyadan da söz açıb: “Atam Azərbaycanda çox yaxşı futbolçu idi. Amma o futbolçu olduğu üçün bu peşəni seçmədim. Öz istəyimlə futbola getdim, məşqlərə başladım. Heç kimin mənə futbolçu olmağımı deməsinə ehtiyacım yox idi”.

Qeyd edək ki, 57 yaşlı Kvaratsxeliya ölkəmizdə “Kəpəz” və “Şəmkir”in formasını geyinərək, hər ikisiylə Azərbaycan çempionu olub. Premyer Liqamızın bombardiri də olan Badri millimizdə 3 matç keçirib.