Yanvarın son günlərində "Qəbələ"dən ayrılan Nail Kərimovun yeni iş məlum olub. Təcrübəli funksioner bundan sonra "Qarabağ"ın futbol akademiyasında çalışacaq.

 

Bir neçə klubdan təklif alan Kərimovun Ağdam təmsilçisini seçməsinin səbəbi klub akademiyasının yeni mərhələyə qədəm qoymasıdı. Belə ki, "süvarilər"in rəhbərliyi bir müddət öncə akademiyaya xüsusi diqqət ayıracaqlarını, infrastruktura xüsusi önəm verəcəklərini söyləmişdi. Kərimovun təyinatı növbəti həftə ictimaiyyətə açıqlanacaq.

 

Qeyd edək ki, 2006-cı ildən funksioner kimi "qırmızı-qaralar"ın uğurları üçün çalışan Kərimov klubda müxtəlif vəzifələrdə çalışıb. O, mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.