Madrid "Atletiko"su və İspaniya millisinin yarımmüdafiəçisi Markos Lorente həyat və sağlamlıqla bağlı fikirlərini əks etdirəcək uşaq təhsil mərkəzi açmaq niyyətində olduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, futbolçu bu barədə "La Razon" qəzetinə danışıb:

 

"Nəzərimizdə olan və məni çox ruhlandıran layihələrdən biri altı yaşına qədər uşaqlar üçün məktəbdir ki, orada onlar bizim inandığımız təhsili alacaqlar. Yaxşı işıqlandırma, çoxlu açıq hava oyunları, elektromaqnit sahələrindən qorunma, ekranların və ya iPad-lərin olmaması, keçmişdən qalan oyuncaqlar və qida keyfiyyətinə nəzarət. Qızımın özünü evdəki kimi hiss etdiyi bir yerdə sərbəst gəzməsini istəyirəm".

 

İspaniya millisinin oyunçusu vurğulayıb ki, bu fikir ona yaşyarım olan qızı üçün məktəb axtarmağa başlayanda və uyğun heç nə tapmadıqda gəlib.

 

Qeyd edək ki, Lorente əvvəllər təyyarələrin əhaliyə pestisidlər püskürtməsi iddiasını - elmi cəhətdən dəstəksiz bir nəzəriyyəni - açıq şəkildə müdafiə edib.