Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun bacısı Katya Aveyro komandanın millinin DÇ-2026-nın ilk oyununda Konqo Demokratik Respublikası ilə 1-1 hesablı heç-heçəyə görə tənqid edib. Sport24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

 

"Onlar sehrli şəkildə ötürmə etməyi, topu geri qaytarmağı və ya əks-hücum etməyi unutdular. Bütün oyun arxaya və meydanın mərkəzində ötürmələrlə yadda qaldı. Bu dünya çempionatı çox qəribədir. Ölkəmin milli komandasının azarkeşi olaraq məyus oldum.

Zəif oynadıq. Heç bir oyunçu yaxşı oynamadı. Bu, gözlədiyimiz komanda deyildi. Amma, necə deyərlər, pis başlanğıc çox vaxt yaxşı sonluğa gətirib çıxarır, ona görə də gəlin müsbət düşünək".

 

Qeyd edək ki, 41 yaşlı Ronaldo 90 dəqiqə meydanda olsa da, fəqlənə bilməyib.