"Atletiko"nun hücumçusu Aleksander Sörlot karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Fənərbağça" norveçli futbolçunu transfer etmək istəyir.

 

Bu barədə insayder Nikolo Skira məlumat yayıb. İstanbul klubu forvard və klubu ilə danışıqlara başlayıb.

 

Sörlot daha əvvəl Türkiyədə "Trabzonspor"da forma geyinib.

 

Hücumçu ötən mövsüm "Atletiko"da 54 oyunda 20 qol vurub.