"Səfərimiz yaxşı keçdi, birbaşa reys idi. Buna görə yorğunluq hiss etmirik". Sport24.az xəbər verir ki ki, bunu Norveçin "Molde" klubunun futbolçusu Emil Breyvik "Qarabağ"a qarşı keçiriləcək Avropa Liqasının qrup mərhələsinin ilk oyunu ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.
Gənc yaımmüdafiəçi Bakıda onları çətin matç gözlədiyini vurğulayıb: "Qarabağ”ın heyətində 2020-ci ildən xatırladığım futbolçu mərkəz müdafiəçisi Kevin Medinadı. Bir də Marko Yankoviçi fərqləndirərdim. O, hücumda çox təhlükəli futbolçudu".
Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyunu saat 20:45-də başlayacaq.