Misli Premyer Liqasında sonuncu - 36-cı tura bu gün start veriləcək. Sport24.az xəbər verir ki, oyunlarda dörd futbolçu cəzalı durumdadır.

Bunlar "Sumqayıt"dan Vüqar Mustafayev (karyerasını bitirib), Rəşad Əzizli, "Kəpəz"dən Əli Səmədovla, Luis Paçudur.

Hər dörd oyunçu aldıqları vərəqələrə görə meydana çıxa bilməyəcəklər.

Qeyd edək ki, bu gün baş tutacaq "Səbail" "Sumqayıt" oyunu saat 19:30-da başlayacaq.