"Bütün komanda üçün yaxşı sparrinq oldu. Oynamaq imkanı əldə etdik. Hansı ki, çempionatda fasilə zamanı lazımdı". Sport24.az xəbər verir ki, bu fikirləri “Zenit”in qapıçısı Aleksandr Vasyutin “Neftçi” ilə yoldaşlıq görüşündən sonra deyib.
O, 1:2 hesabıyla uduzduqları matçda bakılıların dubla imza atan cinah hücumçusu Reziuan Mirzovun fərdi ustalığı sayəsində fərqləndiyini deyib: "Mənə elə gəlir ki, o, qol vəziyyətlərini fərdi şəkildə həlli edirdi. Daha yaxşı oynaya bilərik və bunu etməliyik".
Vasyutin "Neftçi Arena"dakı atmosferi belə təsvir edib: "Kiçik stadiondu, amma səs-küylü idi. Və təbii ki, azarkeşlərimizi də eşidirdik. Onları həmişə eşitmək olur. Uşaqlara sağ olsun ki, gəlib dəstək oldular. Bu, həmişə xoşdu".
Xatırladaq ki, Aleksandr fasilədən dərhal sonra meydana çıxaraq Reziuanın 2-ci qolunda topu tordan çıxarıb.