"Sumqayıt" və "Araz-Naçxıvan"ın sabiq futbolçusu Qabil Əlizadə Azərbaycanın I Liqa təmsilçisi "Mingəçevir"ə keçib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi ilə cari mövsümün sonuna qədər razılıq əldə olunub.
Qabil Əlizadə karyerası ərzində "Karvan-Yevlax", "Sumqayıt" və "Araz-Naxçıvan" kimi klubların formasını geyinib.
Qeyd edək ki, "Mingəçevir" hazırda turnir cədvəlində 21 xalla 4-cü pillədə qərarlaşıb.