"Son oyunlarda "Sabah"ın göstərdiyi performans çox yaxşıdır. Komandanın çempion olmaq şansı var. Hiss olunur ki, kollektiv buna köklənib. Hər şey komandanın öz əlindədir". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın sabiq baş məşqçisi Ramin Quliyev deyib.

O, sabiq komandasının çempionluq şanslarını dəyərləndirib:

"Bəli "Qarabağ"ın Çempionlar Liqasına köklənməsi, ardıcıl oyunlarının çox olması baş məşqçi Qurban Qurbanovu çempionatda rotasiyalar etməyə məcbur edir. Bu da xal itkilərinə gətirib çıxarır. Ağdam təmsilçisinin "Liverpul" oyunundan sonra birbaşa çempionata köklənməsi çox maraqlı olacaq. "Sabah"ın heyəti çox yaxşıdır, yaxşı təsir bağışlayırlar. Qış transferi dönəmində heyətin güclənməsi pis olmazdı. Yəqin baş məşqçi Valdas Dambrauskas ehiyac duymayıb".

Qeyd edək ki, "Sabah" 17 turdan sonra 40 xalla turnir cədvəlində vahid liderdir.