"Turan Tovuz" Misli Premyer Liqasının XVIII turunda "Qarabağ"la oyuna itkilərlə çıxacaq. Sport24.az-ın məlumatına görə, bölgə komandasında Faiq Hacıyev və Xorve Silva bu matçda meydana çıxa bilməyəcəklər.

Hər iki oyunçu cəzalı olduqları üçün bu turu buraxmalı olacaq. Hacıyev və Silva "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri VII turda sarı vərəqə alıblar. Onlar cari mövsüm dördüncü dəfə bu halı yaşadıqları üçün cəzalı duruma düşüblər.

Qeyd edək ki, "Qarabağ" - "Turan Tovuz" oyunu fevralın 1-də baş tutacaq.