"Roma" "Əl Şabab"nın hücumçusu Yannik Karraskonu heyətinə qatmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə insayder Cianluka Di Marsio məlumat yayıb,
Klub yalnız icarə əsasında hərəkət etməyi düşünür, çünki ərəb klubu hazırda futbolçunu buraxmaq istəmir. Agentlər və "Roma" rəhbərliyi 32 yaşlı futbolçunu Avropada oynamaq və dünya çempionatında iştirak etmək istəyi ilə ərəb klubunu razı salmağa çalışır.
Qeyd edək ki, Karraskonun "Əl Şabab" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayında qədərdir.