Bu gün "Qarabağ" Çempionlar Liqasının Əsas mərhələsinin sonuncu - 8-ci turunda səfərdə "Liverpul"un qonağı olacaq. Sport24.az xəbər verir ki, məşhur "Enfild" stadionunda keçiriləcək matçda Qurban Qurbanovun komandasını dəstəkləyənlər heç də az olmayacaq.
Onlardan biri də Bakıda yaşayan tanınmış oftalmoloq Eloğlu Məmmədovdu. Artıq Liverpulda olan Eloğlu bəy İngiltərəyə heç də əliboş yollanmayıb. Ağdamlıların oftalmoloq azarkeşi bu oyun üçün xüsusi pankart hazırlayıb. O, üzərində "Zaman ötür, Əfsanələr qalır" yazısı olan pankartda Səttar Əliyevlə Müşfiq Hüseynovun vaxtilə geydiyi formaların nömrələrini qeyd edib.
Qeyd edək ki, bu gün baş tutacaq "Liverpul" - "Qarabağ" oyunu saat 00:00-da start götürəcək.


