Ötən il "Qızıl top" mükafatının qalibi olan Usman Dembele Səudiyyə Pro Liqasında çıxış edə bilər. Sport24.az xəbər verir ki bu barədə "Sky Sports" məlumat yayıb.
Fransa millisinin hücumçusunu yayda Səudiyyəyə cəlb etmək üçün böyük bir maliyyə paketi hazırlanır. Dembele isə bütün diqqətini PSG-yə və Fransa miilisinə yönəldib. Mövsüm bitdikdən sonra gələcəyi və Səudiyyə Ərəbistanına böyük transfer məsələsi gündəmə gələ bilər.
Qeyd edək ki, Dembele PSJ ilə ötən mövsümdə altı titul - Fransa liqası, Fransa Kuboku, Fransa Super Kuboku, Çempionlar Liqası, UEFA Super Kuboku və Qitələrarası Kuboku qazanıb.