"Səlahətlə Emildə təcrübə var. Amma Yusif ilk dəfədir milli komanda ilə rəsmi oyunda çıxış edəcək. Perpektivli qapıçıdı və ona uğurlar arzu edirəm". Bu sözləri Sport24.az-a açıqlamasında milli komandamızın qapıçılar üzrə sabiq məşqçisi Rauf Mehdiyev deyib.

47 yaşlı mütəxəssis millinin AVRO-2024-ün seçmə mərhələsinin iki oyunu üçün yığmaya dəvət olunan qapıçılardan danışıb: "Düşünürəm ki, Yusif İmanov çempionatın qızğın vaxtında stabil və uğurlu çıxış edir. Ona şans verilsə, çox şad olaram. Təcrübə baxımından digərlərindən geri qala bilər, amma gənc və perpektivlidi. Ola bilər ki, səhv etsin, amma gəncdi. "Sabah"ın akademiyasında mənimlə də işləyib. Klubun da zəhməti var".

Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsinin iki oyunu üçün milliyə qapıçılardan Səlahət Ağayev ("Qəbələ"), Emil Balayev ("Səbail") və Yusif İmanov ("Sabah") dəvət alıb.

 

 

KAMAL RZA