Futbol üzrə Cənubi Koreya çempionatında 12-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun "Daejeon" doğma meydanda "Anyanq"ı qəbul edib.

 

Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

 

Xallarını 28-ə yüksəldən "Daejeon" liderliyini davam etdirir. Onlar 2-ci pillədəki "Qimçeon"dan 6 xal öndədir.