Azərbaycan millisinin Ukrayna yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb. Sport24.az xəbər verir ki, matçı Yunanıstandan olan ədalət təmsilçilərinə tapşırılıb.
Baş hakim Vassilis Fotiasa laysmanlar Andreas Meintanas və Mixail Papadakis köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Anastasion Papapetru yerinə yetirəcək.
VAR-da Angelos Evangelu, AVAR-da Yoannis Papadopulos əyləşəcək.
Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.