Millimizin Fernandu Santuşun rəhbərliyi altında uğursuzluğa düçar olması Rusiya mətbuatında geniş müzakirə olunur. Sport24.az xəbər verir ki, şimal qonşularımız portuqaliyalı mütəxəssisin İslandiya ilə oyundan sonra təşkil olunan mətbuat konfransında səsləndirdiyi fikirlərə ironiya ilə yanaşıb, yığmanın onun rəhbərliyi altında meydana çıxdığı oyunların siyahısını və nəticələri dərc edib.
Qeyd edək ki, millimiz sentyabrın 5-də səfərdə İslandiyaya 0:5 hesabı ilə məğlub olub.