"Real" və Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər "Barselona"nın və İspaniya millisinin vingeri Lamin Yamal haqda danışıb. Gənc ulduz bu barədə "Goal" portalına açıqlama verib:
"Lamin və mənim fərqli mövqelərin oyunçusuyuq. Fərqli oyun üslublarımız var, ona görə müqayisə etmək düzgün olmazdı. O, "Barselona"da, mən "Real"da oynayıram. Sabah ona uğurlar arzulayıram. Yamalın etdikləri məni təəccübləndirmir. O, böyük istedada sahibdir. Bizimlə oyunda komandasının uğur qazanması üçün əlindən gələni edəcək".
Qeyd edək ki, Türkiyə 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün İspaniya ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.