"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes yayda başqa kluba keçə bilərdi. Sport24.az xəbər verir ki, bu barədə" Talksport" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 30 yaşlı portuqaliyalı Səudiyyə klublarından gələn üç təklifi rədd edərək, "Mançester Yunayted"də qalmaq qərarına gəlib. Bununla belə, Səudiyyə klubları hələ də Fernandesi almağa çalışır.

 

Qeyd edək ki, Fernandes 2020-ci ildən İngiltərə klubunda çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 294 oyun keçirib, 99 qol vurub və 86 məhsuldar ötürmə edib. Futbolçunun "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimidir. "Transfermarkt" portalı oyunçunun dəyərini 50 milyon avro qiymətləndirir.