Gələn il təşkil olunacaq futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün meydana A, G, J və E qrupunda yer alan komandalar çıxacaq.

 

Maraqla gözlənilən qarşılaşmalardan biri Türkiyədə baş tutacaq. Qardaş ölkənin millisi İspaniyanı qəbul edir.

 

İlk turda sürpriz şəkildə Slovakiyaya məğlub olan Almaniya isə Şimali İrlandiya ilə üz-üzə gələcək.  

 

DÇ-2026, seçmə mərhələ

A qrupu

22:45. Almaniya - Şimali İrlandiya

22:45. Lüksemburq - Slovakiya

Xal durumu: Şimali İrlandiya - 3, Slovakiya - 3, Lüksemburq - 0, Almaniya - 0.

 

G qrupu

20:00. Litva - Niderland

22:45. Polşa - Finlandiya

Xal durumu: Niderland - 7 (3 oyun), Polşa - 7 (4 oyun), Finlandiya - 7 (4 oyun), Litva - 3 (4 oyun), Malta - 2 (5 oyun)

 

J qrupu 

20:00. Şimali Makedoniya - Lixtenşteyn 

22:45. Belçika - Qazaxıstan

Xal durumu: Uels - 10 (5 oyun), Şimali Makedoniya - 8 (4 oyun), Belçika - 7 xal (3 oyun), Qazaxıstan - 3 (4 oyun), Lixtenşteyn - 0 (4 oyun)

 

E qrupu

17:00. Gürcüstan - Bolqarıstan

22:45. Türkiyə - İspaniya

Xal durumu: İspaniya - 3, Türkiyə - 3, Gürcüstan - 0, Bolqarıstan - 0.