"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem gələn həftədən topla məşqlərə başlamağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 22 yaşlı ingilis özünü yaxşı hiss edir və tezliklə meydançaya qayıtmaq niyyətindədir. Qeyd olunur ki, reabilitasiyasını nəzərdə tutulduğundan daha tez başa vuran futbolçunu həkimlər hələ ki, məşqə buraxmaq istəmir.

 

Qeyd edək ki, yarımmüdafiəçi iyulun ortalarında sol çiynindən əməliyyat olunub. Avqustun ortalarında "Sport.es" portalı Bellinqemin oktyabrın sonu və ya noyabrın əvvəlinən tez sıraya dönməyəcəyini bildirmişdi.