Türkiyədə mərc oyunlarında iştirak edən Azərbaycan yığmasının üzvü Mert Çelikin cəzası bəlli olub. Sport24.az xəbər verir ki, o, 45 günlük futboldan kənarlaşdırılıb.

 

Amma bu son qərar deyil. Çelik barədə araşdırmalar davam edəcək. 

 

"Qalatasaray"ın və Türkiyə yığmasının üzvü Eren Elmalının, millinin və "Fənərbaxça"nın sabiq üzvü Nazim Sanqarenin də futbol fəaliyyətinə 45 günlük qadağa qoyulub. 

 

Qeyd edək ki, Mert Çelik Azərbaycan millisinin heyətində bir oyun keçirib. O, bu il Belarusla (0:2) keçirilən yoxlama matçında iştirak edib.