Azərbaycan Basketbol Liqasında (ABL) VII tura start verilib. Sport24.az xəbər verir ki, turun açılış matçında "Lənkəran" "doğma divarlar" arasında "Sərhədçi"ni qəbul edib.
Lənkəran Olimpiya İdman Kompleksində keçirilən görüş cənubluların 83:78 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, tura noyabrın 16-da yekun vurulacaq.