Roberto Mançininin yeni iş yeri müəyyənləşib. Sport24.az xəbər verir ki, italiyalı mütəxəssis Qətərdə çalışacaq.

 

Mançini "Əl-Sədd"in baş məşqçisi postuna təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 60 yaşlı məşqçi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Roberto Mançininin son iş yer Səudiyyə Ərəbistanı milli komandası olub. O, ötən ilin oktyabr ayında vəzifəsindən ayrılıb.