Türkiyə Futbol Federasiyasının (TFF) mərc oyunlarında iştirak etdiyini açıqladığı futbolçuların cəzaları məlum olub. Sport24.az xəbər verir ki, Peşəkar Futbol İntizam Komitəsi "Qalatasaray"ın iki oyunçusu ilə bağlı qərar verib.

 

Sol cinah müdafiəçisi Eren Elmalıya 45 gün futboldan uzaqlaşdırma cəzası verilib. Mərkəz müdafiəçisi Metehat Baltacı isə 9 aylıq cəzalandırılıb.

 

Qeyd edək ki, TFF 1024 futbolçunun mərc oyunlarında iştirak etdiyini açıqlamışdı.