Azərbaycan milli komandasının DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Lüksemburq, 4-də İrlandiya və oktyabrın 12-də Serbiya milli komandalarına qarşı keçirəcək oyunların stadionu və başlama vaxtı məlum olub. Sport24.az xəbər verir ki, Lüksemburqla oyun saat 22:45-də Lüksemburqdakı “Stade de Luxembourg”da, İrlandiya ilə qarşılaşma saat 20:00-da Dublindəki “Aviva”, Serbiya ilə oyun isə saat 22:45-də Belqraddakı Rayko Mitiç adına stadionda keçiriləcək.