AVRO-2024-ün seçmə mərhələsinin startına hazırlaşan milli komandamız legionerlərin yolunu gözləyir. Sport24.az xəbər verir ki, öılkədən kənarda çıxış edən futbolçularımız növbəti həftə Bakıya gələcəklər.

Bunlar Anton Krivotsyuk, Ozan Can Gökçü, Mahir Emreli və Renat Dadaşovdu. Bu futbolçular müvafiq olaraq Cənubi Koreya, Niderland, Türkiyə və İsveçrədən ölkəmizə gələrək, martın 21-də hazırlığa qatılacaqlar. 

Xatırladaq ki, millimizin italiyalı baş məşqçisi Canni de Byazi ilk 2 matça 27 futbolçu çağırıb və bunların 23-ü Premyer Liqamızda çıxış edənlərdi. Həmin görüşlər martın 24-ü Avstriya, 27-i İsveçlə qarşılaşmalardı.