Milli komandamızın heyətində ciddi itki baş verib. Sport24.az xəbər verir ki, "Konyaspor"un futbolçusu Mahir Emreli zədəli olduğu üçün Azərbaycan milli komandasının təlim-məşq toplanışında və AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində bu ay keçirəcəyi oyunlarda iştirak edə bilməyəcək.

Xatırladaq ki, millimiz martın 24-də avstriya, 3 gün sonra isə İsveç yığmasının qonağı olacaq.