Azərbaycan millisi bu gün DÇ-2026-nin seçmə mərhələsində ikinci oyununa çıxacaq. Sport24.az xəbər verir ki, yığma "doğma divarlar" arasında Ukraynanı qəbul edir.

 

Seçmə mərhələnin ilk görüşündə səfərdə İslandiyaya böyük hesabla (0:5) yenilən millinin baş mqəşçisi Fernandu Santuş dünən istefaya göndərilib.  Bu üzdən komanda bu gün meydana U-21-in baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi altında çıxacaq.

 

Qeyd edək ki, oyunun start fiti saat 20:00-da səslənəcək.

 

DÇ-2026, seçmə mərhələ

II tur

D qrupu

20:00. Azərbaycan - Ukrayna

Baş hakim: Vassilis Fotias (Yunanıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu