Millətlər Liqasının C Liqasının 1-ci qrupunda çıxış edən millimiz bu gün turnir çərçivəsində sonuncu, daha dəqiq desək, 6-cı oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Fernandu Santuşun yetirmələri səfərdə İsveçlə qarşılaşacaq.

 

Yığmanın qrup sonuncu olacağı artıq dəqiqləşib. Əsas məsələ millimizin C liqasında yerini qoruyub-qorumayacağıdı. Heç şübhəsiz ki, bu oyunda favorit meydan sahibləridi. Ancaq futbol sürprizlərlə dolu bir idman növüdü. Komandamız Solna şəhərində keçiriləcək matçda möcüzə edə bilsə, C Liqasında qalmaq şansı yarana bilər.

 

Qeyd edək ki, oyunun start fiti Bakı vaxtı ilə 23:45-də səslənəcək.

 

Millətlər Liqası, qrup mərhələsi

C liqası, 1-ci qrup

23:45. İsveç - Azərbaycan 6:0

Qol: Deyan Kuluşevski, 10, 57  Viktor Qyökereş, 26, 37, 58, 70

Hakimlər: Pavel Raçkovski, Radosłav Siejka, Adam Kupsik, Voysex Mıs.

Solna. "Strouberri Arena".

 

İsveç: 12. Viktor Yohansson, 15. Karl Starfelt, 5. Qabriel Qudmunsson, 13. Ken Sema, 18. Yasin Ayari, 16. Yesper Karlström, 21. Deyan Kuluşevski (k), 14. Anton Saletros, 22. Sebastian Nanasi, 17. Viktor Qyökereş, 9. Aleksandr İsak

 

Baş məşqçi: Yon Dal Tomasson

 

Azərbaycan: 23. Rza Cəfərov, 5. Anton Krivotsyuk, 15. Bədavi Hüseynov (k), 4. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev, 6. Ozan Can Kökcü, 7. Coşqun Diniyev, 20. Aleksey İsayev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 9. Nəriman Axundzadə

 

Baş məşqçi: Fernandu Santuş