Monteneqroda təlim-məşq toplanışında olan Azərbaycan U-17 millisi hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, yığmamız meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

 

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan yığmasının yeganə qolunu Samir Şərifov vurub.

 

Qeyd edək ki, avqustun 20-də oynanılan millimiz Monteneqroya 1:0 hesabı ilə qalib gəlmişdi.