Ötən mövsümün əvvəlində zədələnərək sıradan çıxan İsa Sulimandan yeni xəbər var. Sport24.az-ın kluba yaxın mənbədən əldə etdiyi məlumata görə, "Sumqayıt"ın legionerinin yaşıl meydanlara dönüşü ən azı noyabra qədər təxirə düşüb. 

 

Pakistan millisinin də formasını geyinən mərkəz müdafiəçisi bu yaxınlarda ikinci dəfə cərrah bıçağı altına uzanmalı olub. İsa Türkiyədə yenidən dizindən əməliyyat olunub. Bu üzdən onu geridönüşü yubanır.

 

Qeyd edək ki, 2023-cü ildən "Sumqayıt"ın formasını geyinən futbolçu mövsümlərarası fasilədə klubla müqaviləsinin müddətini 2027-ci ilin yayına qədər uzadıb.