Çempionşipdə çıxış edən "Reksem" "Mançester Siti" akademiyasının yetirməsi, müdafiəçi Kallum Doyl ilə müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə Bu barədə Uels klubunun rəsmi saytı məlumat yayıb.

 

21 yaşlı futbolçunun müqaviləsi 4 il üçün nəzərdə tutulub. "Transfermarkt" portalının yaydığı xəbərə əsasən, "Reksem" futbolçu üçün 5 milyon funt-sterlinq ödəyib.

 

Qeyd edək ki, Doyl ötən mövsüm icarə əsasında "Norviç"in formasını geyinib, 40 matçda 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, dünyanın üçüncü ən qədim klubu olan "Reksem"in ortaq sahibləri Hollivud aktyorları Rayan Reynolds və Rob Makelhennidir